Söyün Sadıxov Gürcüstan azərbaycanlılarından ibarət gənclər hərəkatı yaradır Söyün Sadıxov Gürcüstan azərbaycanlılarından ibarət gənclər hərəkatı yaradır

“Milyarderlər İttifaqı” Gürcüstandan başladı – ÖZƏL

Söyün Sadıxov Gürcüstan azərbaycanlılarından ibarət gənclər hərəkatı yaradır



Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqı - "Milyarderlər İttifaqı"nın təmsilçisi Abbas Abbasov Moskvada gənclərlə görüşündən sonra qurum bu yöndə yenidən hərəkətə keçib.

AzNews.az-a İttifaqdakı mənbələrdən daxil olan məlmata görə, Rusiya Prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, "Azerros"un fəxri prezidenti Söyün Sadıxov Gürcüstan azərbaycanlılarından ibarət gənclər hərəkatının yaradılmasına qərar verib.

Mənbənin sözlərinə görə, artıq gənclər hərəkatının təşəbbüs qrupu da yaradılıb. Gələn həftə Tiflisdə hərəkat rəsmən elan olunacaq. Eyni zamanda Akif Musayev və İsrail Məhərrəmov həmsədr təyin olunacaqlar.

Hərəkatın işində Söyün Sadıqovun, Abbas Abbasovun, "Milyarderlər İtifaqının" gənclərlə iş üzrə koordinatoru Cəmil Sadıqbəyovun iştirakı gözlənilir.
Maraqlısı odur ki, Gürcüstan Azərbaycanlıları Gənclərininin Forumu adlanan bu qurumun Azərbaycanda da fəaliyyətə başlayacağı deyilir. Hətta onların media qurumunun təsis ediləcəyi də bildirilir.

Mənbənin məlumatına görə, Söyün Sadıqov bazar günü Gürcüstana gəlir. Amma Tiflisdəki tədbirdə iştirak edəcək moskvalı qonaqların Gürcüstan paytaxtına bazar ertəsi gələcəyi gözlənilir.

Sübhan
AzNews.az