02:43
(077) 610-22-33

Liderlər Milli Şurayla bağlı hansı şərtləri irəli sürüb?

  • >
215 4 May 2013 10:01 | Siyasət

“Özləri lazım bilsə bu şərtlər barədə açıqlama verəcəklər”



"Rüstəm İbrahimbəyov hansısa şərtlərdən danışırsa, o şərtlərin nələr olduğunu da açıqlasa, yaxşı olar. Milli Şuranın yaradılması ilə bağlı Müsavat Partiyası intensiv danışıqlarda iştirak edir və bu danışıqları partiyanın sədri İsa Qəmbər şəxsən özü aparır. Mənim bu danışıqlarda irəli sürülən şərtlərin nələr olduğunu açıqlamaq səlahiyyətim yoxdur".

Bu sözləri AZNEWS.AZ-a açıqlamasında Müsavat Partiyası sədrinin müavini Gülağa Aslanlı deyib. O, Rüstəm İbrahimbəyovun son müsahibəsində dediyi "Milli Şurada təmsil olunacaq partiyaların liderləri müəyyən şərtlər irəli sürürlər. Ona görə də Milli Şuranın yaranması məsələsi bir qədər ləngiyir" sözlərinə münasibət bildirib. .

G.Aslanlı deyib ki, Müsavat Partiyası Milli Şuranın təsis edilməsi üçün hər cür səy göstərir, ancaq bu məsələdə irəli sürülən şərtlər mətbuat üçün açıqlanmalı ümumi məlumatlar deyil: "Milli Şuranın təşəbbüsçüləri özləri lazım bilsələr bu şərtlər barədə açıqlama verəcəklər".

Qeyd edək ki, R.İbrahimbəyov müsahibəsində, həmçinin, bildirib ki, Eldar Namazov onunla son görüşündə söz verib ki, yaxın bir həftə ərzində Milli Şuranın təsis edilməsi ilə bağlı əsas müxalif qüvvələr arasında razılıq əldə olunacaq.

Müsavat başqanın müavini də öz növbəsində bildirib ki, əgər E.Namazov belə bir söz deyibsə, deməli, liderlər arasında danışıqlar artıq özünün son mərhələsinə qədəm qoyub: "Mən onu deyə bilərəm ki, İsa Qəmbər, Eldar Namazov və Əli Kərimli bu məsələ ətrafında mütəmadi olaraq görüşürlər və yəqin ki, bugünlərdə onlar arasında ümumi razılıq əldə olunacaq".

Anar
AzNews.az

Bağla X