10:11
(077) 610-22-33

EL hərəkatının milli azlıqlarla məxfi toplantısı

  • >
270 8 May 2013 09:21 | Siyasət

Media üçün qapalı olan toplantıda əsasən avarlar və talışlar iştirak edib


Dünən "El" hərəkatı milli azlıqlarla bağlı tədbir keçirib. Bunu AzNews.az-a hərəkatının üzvü Eldəniz Quliyev bildirib.

E.Quliyevin sözlərinə görə, sözügedən tədbirdə milli azlıq nümayəndələri-avarlar, talışlar, kürdlər, tatlar, ləzgilər, yəhudilər iştirak edib:

"Tədbirdə milli azlıqların problemləri və onları aradan qaldırılması yolları qabardırıldı. Bundan başqa "El" hərəkatının gələcək üçün nəzərdə tutulan strateji planları da gündəmə gətirildi".

Qeyd edək ki, tədbir media nümayəndələrinin iştirakı olmadan keçirilib.

Bahar Rüstəmli
AzNews.az

Bağla X