03:03
(077) 610-22-33

Yaqub Mahmudov: “Siruz Təbrizlinin cavabını verəcəyəm“

  • >
177 8 May 2013 11:11 | Siyasət

AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından olan Siruz Təbrizliyə onun haqqında dediyi fikirlərə görə cavab verəcək.

Bu barədə Modern.az saytına Y.Mahmudov özü məlumat verib.

Hazırda Şəkidə olan deputat Bakıya qayıdandan sonra Siruz Təbrizliyə cavab verəcəyini vurğulayıb.

"Mən indi tədbirlərdəyəm. Bakıya qayıdandan sonra onun fikirlərinə öz cavabımı, münasibətimi bildirəcəm".

Qeyd edək ki, vaxtilə hakim partiyasının əsas funksionerlərindən olan Siruz Təbrizli haqqın.az-a müashibəsində tarixçi alim Yaqub Mahmudovu sərt tənqid edib. S.Təbrizlinin fikrincə, indi mərhum prezident Heydər Əliyevin siyəsətini dəstəkləyən Y.Mahmudov 1991-ci ildə ona qarşı çıxan şəxslərdən biri olub.

"Dünən televizora baxıram. Tarixçi deputat Yaqub Mahmudov Heydər Əliyevin həyatı barədə danışır. Bu həmin Yaqub Mahmudovdur ki, 1991-ci ildə Heydər Əliyeva qarşı müraciət imzalayıb, onu düşmən və sovet dövrünün baş korrupsioneri adlandırıb"-deyə S.Təbrizli qeyd edib. İndi Yaqub Mahmudovun nə cavab verəcəyini gözləyək...

AzNews.az
Bağla X