22:26
(077) 610-22-33

“El”-in “elçilyi”

  • >
281 10 May 2013 09:10 | Siyasət



Cümşüd Nuriyev

"El"-in "sol" əli Eldəniz Quliyev milli azlıqlarla görüşü barədə AzNews.az-a danışarkən deyib ki, "Tədbirdə milli azlıqların problemləri və onları aradan qaldırılması yolları qabardırıldı. Bundan başqa "El" hərəkatının gələcək üçün nəzərdə tutulan strateji planları da gündəmə gətirildi".
Birincisi, həmin tədbirdə media nümayəndələrinin iştirak etməməsi gizli mətləblərdən xəbər verir. Belə ki, radikal dini cərəyanın nümayəndələri olan vəhhabilərin də bu təşkilata cəlb olunması cəhdi çox qorxuludur. Şimali Qafqazda baş verən hadisələr göstərdi ki, vəhhabilər hakimiyyətə gəlmək üçün daha çox silahlı qarşıdurma yolundan istifadə edirlər. Bundan isə E. Namazovun xəbəri olmadığını iddia etmək siyasi savadsızlıqdır. Bilərəkdən belə bir variantın seçilməsi isə tapşırıq olmaqla bərabər, "El"-in rəhbərlərinin xərclənməsinə hesablanıb. Məgər Eldar bəy bu qədər "kor"dur?
İkincisi, Rusiyanın təhlükəsizlik orqanlarının "dejurnı" metodu olan etnik qarşıdurmaların hesabına milli separatizmi qızışdırılmasından "dubl El"-in yararlanmaq cəhdi ölkəmizi gözləyən yeni təhlükələrdən xəbər verir. Azərbaycanda qondarma ləzgi və avar problem yaratmaq istəyən federal qurumlar, "El"-in "elçiliyi" vasitəsi ilə onu daha da şaxələndirməyə çalışırlar. Deməli, E.Namazovun Moskva səfərində ölkədə siyasi sabitliyi pozmaq və etnik seperatizmi gücləndirmək üçün cari planlar hazırlanıb. Buraya talış, kürd, tat və sair xalqların "pozulmuş hüquqlarının bərpa edilməsi" uğurunda "azadlıq carçıları" olan Eld(ar+əniz) cütlüyünün məharətlərinə (yadıma "Bəxtiyar" filmindəki Hüseynova bacıları düşdü) hesablanmış siyasi gedişlər aiddir. Açığı iqtidara gəlmək hərisliyinin insanı bu dərəcədə kor edəcəyinə inanmaq istəmirəm. Təəssüf ki, atılan addımlar əksini sübut edir.
Üçüncüsü, ölkə ziyalılarının müəyyən hissəsinin toplandığı bu qurumda Eld(ar+əniz) cütlüyündən başqa kimsə yoxdur? İnandırıcı olmasa da təəssüf ki, hələ belə görünür. Bəs bu qurumun digər üzvləri görmürlər ki, ölkə yeni bir vətəndaş müharibəsinə sürüklənir? Vətəndaş müharibəsinin qalibləri olmur. Həm dövlət və həm də millət məğlub duruma düşür. 1991-93-cü illər Sizlərə dərs olmadımı? Nədən ölkənin suverenliyini və siyasi müstəqilliyini yenidən təhlükəyə soxmağa çalışırsınız? Nökər psixologiyası ilə hakimiyyətə gəlmək istəyənlər başa düşməlidirlər ki, öz ölkəsinin nökəri olmaq başqasının nökəri olmaqdan daha şərəflidir.
Dördüncüsü, Azərbaycan dünyada tolerant ölkə kimi tanınır. Məqsədiniz bu ideyaya kölgə salmaqdırsa, alınmayacaq. Eyni zamanda, müxalifətin heç zaman istifadə etmədiyi milli seperatizimdən yararlanmaq istəyiniz, bütün müxalifətin fəaliyyətinə "qara damğa" vuracaq. Həm də müxalifətin "baltası" statusunda çıxış etmək cəhdiniz xəyanətdir. Indiki zamanda bəzi problemlərlə (əsasən vahid namizədin müəyyənləşdirilməsi kimi) üz-üzə qalan milli müxalifətə qarşı bu qara PR-dan istifadə etməklə E.Namazovun müxalifətin vahid namizədi olacağına ümid edirsinizsə, yanılırsınız. Nə qədər gec deyil milli seperatizm "kartından" istifadəni dayandırın.


Bağla X