Heydər Əliyev Mərkəzinin təqdimat kitabı nəşr olunub Heydər Əliyev Mərkəzinin təqdimat kitabı nəşr olunub

Heydər Əliyevin xidməti avtomobilləri sərgilənir- VİDEO

Heydər Əliyev Mərkəzinin təqdimat kitabı nəşr olunub



Nəşrdə Heydər Əliyev Mərkəzinin fəaliyyət istiqamətləri, Mərkəzin binasının memarlıq üslubu, arxitektur fəlsəfəsi barədə məlumatlar toplanıb.

Kitabda Mərkəzin konfrans və sərgi zalları, eləcə də digər infrastrukturları barədə informasiyalar da təqdim edilir. Müxtəlif zamanlarda, fərqli rakurslarda çəkilmiş, binanın möhtəşəmliyini və gözəlliklərini əks etdirən fotoşəkillər bu memarlıq incisi ilə yaxından tanış olmağa imkan verir.

Kitabın ön sözündə qeyd olunub ki, möhkəm təməl və milli dəyərlər üzərində müasir dövlətin qurulması, xalqımızın milli ideya ətrafında birləşməsi, azərbaycançılıq ideologiyası Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən idi. Azərbaycan dilini, tarixini, mədəniyyətini və milli-mənəvi dəyərlərini qorumağı daim tövsiyə edən Heydər Əliyevin ideoloji əsaslarının tam bərqərar olmasına baxmayaraq bu işlərin vahid mərkəzdən idarə edilməsinə ehtiyac duyulurdu. Bu zərurətdən irəli gələrək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2006-cı il tarixli Sərəncamı ilə Heydər Əliyev Mərkəzi yaradıldı.

"Mərkəzin başlıca vəzifəsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin araşdırılması, Azərbaycanın milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə təbliğidir. Mərkəz, həmçinin dünya mədəniyyətinin və sivilizasiya nümunələrinin Azərbaycanda tanıdılması istiqamətində fəaliyyət göstərir, elm, təhsil, iqtisadiyyat və s. sahələrdə araşdırmalar aparır, bu məqsədlə digər ölkələrin analoji qurumları ilə əməkdaşlıq edir"-deyə kitabda qeyd edilib.

Azərbaycan və ingilis dillərində nəşr olunan kitabda Mərkəzin bölmələri – Heydər Əliyev Muzeyi, Auditorium, Sərgi zalları barədə məlumat verilir. Kitabda indiyə qədər Mərkəzdə keçirilmiş tədbirlər barədə də informasiyalar öz əksini tapıb. Xatırladaq ki, 2006-cı il dekabrın 29-da yaradılan Heydər Əliyev Mərkəzinin binasının rəsmi açılış mərasimi 2012-ci il mayın 10-da keçirilib.

Mərkəzdə Heydər Əliyev Muzeyi yaradılıb. Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi ilə tanış olublar. Heydər Əliyev irsinin araşdırılması, onun dövlətçilik fəlsəfəsinin öyrənilməsi baxımından Muzeyin interaktiv imkanları, burada toplanmış unikal faktlar və eksponatlar əvəzsizdir. Muzeydə Heydər Əliyevin hərbi və mülki geyimləri, o cümlədən onun iş masası sərgilənir. Heydər Əliyevin müxtəlif illərdə təltif olunduğu orden və medallar ekspozisiyanın qiymətli nümunələrindəndir. Həmçinin müxtəlif illərdə Heydər Əliyevin istifadəsində olmuş avtomobillər Muzeyin daha çox maraqla qarşılanan eksponatları sırasındadır.

Görkəmli siyasi xadim Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində Mərkəzdə istifadəyə verilmiş sərgi zallarında Azərbaycanın tarixi, mədəni irsi, keçmişinin yaşadılması istiqamətində təqdim olunan layihələr həm də ulu öndərin xatirəsinə bir ehtiramdır. Çünki bu layihələr Heydər Əliyevin daim əsas tutduğu amala-Azərbaycan tarixinin, adət-ənənələrinin öyrənilməsi, yaşadılması, azərbaycançılıq ideologiyasının təbliği və parlaq gələcəyin möhkəm təməllər üzərində qurulmasına yönəlib.



AzNews.az
image description image description image description image description