03:08
(077) 610-22-33

“Qarabağ münaqişəsi zonasında vəziyyət çox ağırdır“

  • >
343 10 May 2013 15:45 | Siyasət

ATƏT-in fəaliyyətdə olan sədri, Ukrayna xarici işlər naziri Leonid Kojara bu gün Vaşinqtonda ABŞ dövlət katibi Con Kerri ilə görüşü olacaq. Modern.az bildirir ki, bu görüş zamanı Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyət dövlət katibi ilə müzakirəyə çıxarılacaq.

Kojara ABŞ Konqresində çıxışı zamanı Qarabağ münaqişəsinin çözülməsində problemlərin olduğunun bildirib. "Qarabağ münaqişəsi zonasında vəziyyət çox ağırdır" – deyə Leonid Kojara ABŞ Konqresinin Helsinki Komissiyasının hesabatını və rəsmi Kiyevin gələcək addımaları barədə danışarkən deyib.

Nüfuzlu Amerika ekspertlərinin və konqresmənlərin qarşısında çıxış edən Kojara deyib ki, Dnesteryanı problemlə bağlı bəzi nəticələrə nail ola bilsələr də, Qarabağ problemi barədə bunu demək olmaz. "Qarabağ məsələsində vəziyyət ağırdır".

"Vəziyyət həddən artıq pisdir. Hər iki tərəfdən səslənən siyasi bəyanatlar gərginliyi daha da artırır. Azərbaycan və Ermənistan Ukrayna üçün dost ölkələrdir. Ona görə biz yalnız bir tərəfin səylərini dəstəkləyə bilmərik. Müharibədən sonra uzun illər ərzində müəyyən balans rıçaqları yaranıb və mənim işim bu rıçaqların zəifləməməsinə çalışmaq və danışıqlar prosesini davam etdirməkdir"-deyə o vurğulayıb.

Xatırladaq ki, ATƏT-in fəaliyyətində olan sədri iyunun 17-20-də Cənubi Qafqaza səfərə gələcək.

AzNews.az
Bağla X