Rəsul Quliyev: “Milli Şuranı dəstəkləyəcəyəm“

"Əlbəttə, bu ideyanı dəstəkləmək lazımdır. Ancaq ən görkəmli ideyalar da onun həyata keçrilməsini həyata keçirənlər tərəfindən doğulmamış qəbrə qoyula bilər. Qəzetlərin yazdıqlarından belə məlum olur ki, Milli Şuranı 3 şəxs, 3 siyasi qüvvə formalaşdırır. Əgər Milli Şura elan edildiyi kimi xalqın bütün zümrələrini əhatə edəcəksə, mənim hörmətlə yanaşdığım bu şəxsiyyətlər bu işi görə bilməzlər".

Modern.az-ın məlumatına görə, bu sözləri sabiq spiker Milli Şura ideyasının perspektivlərini şərh edərkən bildirib.

"Onlar hansı mandatla xalqın iradəsini ifadə etməli olan Milli Şura yaradırlar? Milli Şura ayrı-ayrı fərdlərin seçimi ilə yox, müəyyən bir prinsiplə yaradıla bilər. Onların yaratdıqları isə İP, üstəgəl El hərəkatı olacaq"-deyən R.Quliyev deyib ki, o başqa müxalif qüvvələr kimi həmişə İP-nı dəstəkləyib. "Baxmayaraq ki, onların liderlərinin səhv siyasətini guya İP-ya qarşı münasibət kimi qələmə verməyə cəhd ediblər. İndi də Milli Şura adı altında hansısa bir qurum yaransa o qurumu dəstəkləyəcəyəm. Ancaq şəxsi və ya partiya maraqları prinsipi əsasında yaradılacaq heç bir qurumun adından asılı olmayaraq üzvü olmaq fikrim yoxdur. Məsələn, Milli Şura üzvü görkəmli alim və ya görkəmli ziyalı ola bilər prinsipi əsas götürülür. Kimin görkəmli alim və ya ziyalı olması necə müəyyənləşdirilir, böyük sualdır. Və yaxud xalqın arasında hörməti olanlar. Əlbəttə, bunlar hamısı abstrakt şeylərdir. Mən əminəm ki, həmin o Milli Şurada əksəriyyət üzvülər İP və El hərəkatından olacaq. Belə olan şəraitdə bu məsələyə ideya müəllifi necə baxacaq, demək çətindir"-deyə R.Quliyev Milli Şura ilə bağlı mövqeyini açıqlayıb.

AzNews.az