01:48
(077) 610-22-33

NATO Türkiyəyə dəstək oldu

  • >
286 12 May 2013 14:15 | Siyasət

NATO hələ ki alyansın 28 ölkəsindən birində baş vermiş dağıdıcı partlayışa cavab olaraq, kollektiv müdafiə fəaliyyəti həyata keçirməyi planlaşdırmır.



Alyans Ankaradan insidentlə bağlı bütün informasiyaları gözləyir.

Brüsseldəki diplomatik mənbənin sözlərinə görə, birgə cavab tədbirlərinin görülməsi üçün Şimali Atlantika Şurasının təcili iclasının keçirilməsinə görə, Türkiyə təşəbbüslə çıxış etməlidir.

Bildirilib ki, alyansın bütün üzvləri Türkiyəni dəstəkləyir və lazım olarsa, onun təhlükəsizliyinin təmin edilməsi üçün bütün güclərini səfərbər edə bilər.

Məlumatda deyilir ki, NATO hadisə ilə bağlı daha geniş məlumat əldə etmək üçün Türkiyənin araşdırmalarının nəticələrini gözləyir.(trend.az)

AzNews.az
Bağla X