Ukraynada yayımlanan “İnter” telekanalında Dağlıq Qarabağla bağlı veriliş nümayiş etdirilib Ukraynada yayımlanan “İnter” telekanalında Dağlıq Qarabağla bağlı veriliş nümayiş etdirilib

Ukrayna telekanalı Azərbaycana qarşı

Ukraynada yayımlanan “İnter” telekanalında Dağlıq Qarabağla bağlı veriliş nümayiş etdirilib



9 may Qələbə gününün qondarma DQR - də necə qeyd olunması ilə bağlı hazırlanan sujetdə işğalçı rejimin "azadlıq mübarizəsi" apardığına dair məqamlar yer alıb.

News.am-ın məlumatına görə, reportajda 1994-cü il mayın 9-u belə xatırlanıb: "Keçmiş SSRİ-nin xəritəsində bir yer var ki, eyni gündə iki tarixi bayram edir. Təsadüf elə gətirib ki, məhz 1994-cü ilin mayın 9-da bir tərəfdən Ermənistan və DQR, digər tərəfdən Azərbaycan olmaqla atəşkəs haqqında akt imzalanıb. Bu gün Qarabağ müstəqil, ancaq tanınmamış respublikadır".

Elnarə Əlosmanqızı
AzNews.az