00:27
(077) 610-22-33

İlham Əliyev: “Biz rəqabətdən qorxmuruq“

  • >
337 13 May 2013 18:20 | Siyasət

"TANAP layihəsi Azərbaycan qazı üçün Avropaya qapı açmış olacaq"


APA-nın Avstriya kütləvi informasiya vasitələrinə istinadən yaydığı məlumata görə, bu fikirləri Vyanada keçirdiyi mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev söyləyib. TANAP layihəsini yüksək qiymətləndirən prezident jurnalistlərin Rusiyanın rəqib "Cənub axını" layihəsini belə şərh edib: "Biz rəqabətdən qorxmuruq. Əksinə, rəqabət uğur əldə etmək üçün, istehlakçılar və hasilatçılar üçün müsbət amildir. Enerji resurslarının diversifikasiyası təkcə bu resursların nəqli üçün yeni marşrutların açılması deyil. Azərbaycanın timsalında bu bazar üçün yeni mənbə və yeni marşrut deməkdir".

Avstriya prezidenti Haynts Fişer öz növbəsində ölkələrimizin energetika sahəsində əməkdaşlığını yüksək qiymətləndirib. O iyunda Azərbaycan qazını Avropaya çıxaracaq layihənin müəyyənləşəcəyini xatırladıb.

Azərbaycan prezidenti ilə bir sıra ikitərəfli layihələri müzakirə etdiyini deyən Xaynts Fişer energetika, infrastruktur, turizm, səhiyyə sahəsində əməkdaşlığa dair fikir mübadiləsi apardıqlarını vurğulayıb.

AzNews.az
Bağla X