23:56
(077) 610-22-33

ABŞ-ın Azərbaycandakı səfiri Qəbələdə - FOTO

  • >
300 13 May 2013 19:20 | Siyasət

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Qəbələ rayonuna səfər edib. APA-nın məlumatına görə rayonla tanışlıq məqsədi daşıyan səfər çərçivəsində Riçard Morninqstar Qəbələ rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfovla görüşüb.

Görüşdə səfirə Qəbələnin tarixi, kənd təsərrüfatı, turizm infrastrukturu, təhsil müəssisələri və mədəniyyət abidələri barədə, tikinti quruculuq və sosial-iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat verilib.

Qəbələyə ilk səfəri olduğunu qeyd edən diplomat rayonun mənzərəsinin onda yüksək təəssürat yaratdığını vurğulayıb. Qonağa xatirə hədiyyəsi təqdim edilib. Sonra səfir Qəbələ regional QHT-lərin Resurs və Təlim Mərkəzində yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb.

Riçard Morninqstar "İngilis dili üzrə mikro təqaüd proqramı" çərçivəsində təhsil alan Qəbələnin Tüntül kənd orta məktəbinin şagirdləri ilə görüşüb. Görüşdə məlumat verilib ki, məktəbin 15-17 yaşlı 25 şagirdi artıq bir ildir ki, bu proqram üzrə ingilis dili kurslarında iştirak edir. Bu proqram çərçivəsində hazırda Azərbaycanın 16 şəhər və rayonunda 240 şagird ingilis dilini öyrənir. 2007-ci ildən Azərbaycanda həyata keçirilən bu proqram çərçivəsində isə 800 şagird ingilis dilini öyrənib.

Sabah isə Riçard Morninqstar rayonun Nic qəsəbəsinə səfər edəcək.

AzNews.az
Bağla X