- Köhnə - Siyasət
- 14 May 2013 12:29
- 1 581
İlham Əliyev Avstriyada görüşlər keçirdi
Avstriya Sənaye Federasiyasının prezidenti Georq Kapş dövlətimizin başçısını salamladı və bu görüşdən məmnunluğunu bildirib.
Azərbaycan Prezidenti görüşdə çıxış edib
Sonra Avstriya iqtisadiyyatının müxtəlif sahələri ilə bağlı aparıcı şirkətlərin rəhbərləri təmsil etdikləri qurumlar barədə dövlətimizin başçısına məlumat veriblər. Onlar Azərbaycanda gedən inkişaf proseslərini yüksək qiymətləndiriblər.
Şirkət rəhbərləri, həmçinin yüksək texnologiyalar, infrastruktur, kənd təsərrüfatı, əczaçılıq, enerji, turizm, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.//AzərTac//
AzNews.az