Bu gün saat 15:00-da Nəsimi rayon Məhkəməsində Respublikaçı Alternativ (REAL) hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı proses keçiriləcək Bu gün saat 15:00-da Nəsimi rayon Məhkəməsində Respublikaçı Alternativ (REAL) hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı proses keçiriləcək

İlqar Məmmədovun həbs müddəti uzadılır

Bu gün saat 15:00-da Nəsimi rayon Məhkəməsində Respublikaçı Alternativ (REAL) hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı proses keçiriləcək



Bu barədə AZNEWS.AZ-a İ.Məmmədovun vəkili Xalid Bağırov özü məlumat verib. Vəkil bildirib ki, güman ki, müvəkkilinin həbs müddətini daha 2 ay artıracaqlar. Vəkilin sözlərinə görə, bu addım işin prezident seçkilərinə qədər uzanmasına hesablanıb.

Qeyd edək ki, İ.Məmmədov barəsində Cinayət Məcəlləsinin 220-ci maddəsi (kütləvi işğtişaş) ilə cinayət işi açılıb. Maddəyə görə, onu 4 ildən 12 ilədək həbs gözləyir.

Anar
AzNews.az