10:17
(077) 610-22-33

YAP qocaman üzvünün ittihamlarını cavabsız qoydu

  • >
262 15 May 2013 10:00 | Siyasət

"Mən Maksim Musayevə və onun ittihamlarına heç bir cavab vermək istəmirəm". Bu sözləri AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı deyib.

O, bu gün "Yeni Müsavat" qəzetində YAP-ın qurucularından olan Maksim Musayevin müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirərkən belə deyib. M.Qurbanlı M.Musayevin müsahibəsində onun haqqında dediyi fikirlərə cavab verməkdən imtina edib.

Qeyd edək ki, M.Musayev müsahibəsində M.Qurbanlı ilə yanaşı YAP icra katibi Əli Əhmədovun da ittihamına sərt ifadələrlə cavab verib. O bildirib ki, xalq bu adamlardan bezib: "...Əli Əhmədov və Mübariz Qurbanlı kimiləri hakimiyyət adından, prezidentin adından çıxıb danışanda xalq kanalı çevirir, dinləmir. Hakimiyyətin təbliğat sahəsində ciddi islahatlar aparmasına ehtiyac var. Hazırda təbliğat məsələsi sıfırdır. Əligil bunu bacarmırlar. Əgər İlham Əliyevin adından indiki YAP-çılar danışsa, təbliğatı onlar aparsalar onun təbliğatı azalacaq".

Anar
AzNews.az
Bağla X