02:23
(077) 610-22-33

YAP-dan “Human Rights Watch”-a sərt cavab

  • >
360 17 May 2013 15:30 | Siyasət

“Azərbaycanın “Human Rights Watch”un fikirlərinə ehtiyacı yoxdur”



"Azərbaycanda qəbul edilən qanunların hamısı müəyyən zərurətdən irəli gəlir. Bu qanunların heç biri demokratiya ilə, fikir azadlığı ilə ziddiyyət təşkil etmir, bu anlayışların əleyhinə olmur".

Bu sözləri AZNEWS.AZ-a açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı deyib. O, "Human Rights Watch" təşkilatının parlamentin qəbul etdiyi son qərarlarla bağlı səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirib.

M.Qurbanlı bildirib ki, parlamentin qəbul etdiyi qərarlar deputatların və müvafiq komissiyaların hərtərəfli araşdırmalarından sonra müzakirəyə çıxarılır. Bu qanunları imzalamaq isə prezident İlham Əliyevin müstəsna səlahiyyətindədir: "Human Rights Watch" təşkilatının qərəzli və birtərəfli fikirləri bizə lazım deyil. Bu təşkilat özü başqalarından asılıdır. Buna görə də Azərbaycanın "Human Rights Watch"un fikirlərinə ehtiyacı yoxdur" – deyə, YAP icra katibinin müavini deyib.

Qeyd edək ki, "Human Rights Watch"un bəyanatında qanunvericiliyə edilən son dəyişikliklərin ölkənin beynəlxalq öhdəliklərinə və sərbəst toplaşmaq azadlığına zidd olduğu deyilir.

Xatırladaq ki, Milli Məclis bu həftə İnzibati Xətalar Məcəlləsinə bəzi dəyişikliklər edib. Qəbul edilmiş qanunlara əsasən inzibati xətaya yol verən və internetdə başqalarının şərəf və ləyaqətini təhqir edən şəxslər barədə cəzalar sərtləşdirilib.

Anar
AzNews.az

Bağla X