17:35
(077) 610-22-33

Aslan İsmayılov polisə aparıldı

  • >
288 17 May 2013 16:29 | Siyasət

Nərimanov polisi tanınmış vəkil Aslan İsmayılovu Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin qarşısında saxlayıb



Vəkil ora bir neçə gün qabaq həbs edilmiş blogger Rəşad Ramazanovun taleyi ilə maraqlanmaq üçün getmişdi.

Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, vəkilə rayon polis idarəsi rəisinin onunla danışmaq istədiyini deyiblər. Vəkil polis maşınına əyləşdirilərək Nərimanov polis idarəsinə aparılıb.

Xatırladaq ki, Aslan İsmayılov İdarəyə yollanmamışdan qabaq mətbuat konfransı keçirərək, Rəşad Ramazanova ağır işğəncələr verildiyini bildirmişdi.(azadliq.info)

AzNews.az
Bağla X