“Doğurdanmı, "Yeni Müsavat" qəzetinə çıxışımız olmasa bizi cəmiyyət tanımayacaq?” “Doğurdanmı, "Yeni Müsavat" qəzetinə çıxışımız olmasa bizi cəmiyyət tanımayacaq?”

Bəxtiyar Hacıyev İsa Qəmbərə və “Yeni Müsavat”a sataşdı

“Doğurdanmı, "Yeni Müsavat" qəzetinə çıxışımız olmasa bizi cəmiyyət tanımayacaq?”




"Müsavat başqanı, prezidentliyə namizəd İsa bəyin müşavirlərindən biri dünən mənə yazıb ki, sən azad seçkidə Azərbaycanda heç bələdiyyəyə üzv də seçilə bilməzsən, sağ olsun bizim qəzetlər, onların hesabına varsınız".

AZNEWS.AZ-ın məlumatına görə, bu sözləri gənc fəal, keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyev şəxsi "facebook" səhifəsində yazıb. Gənc siyasətçi qeydini daha sonra belə davam edib:

"Yadıma həbsdə olanda "Azadlıq" Radiosu, BBC, Amerikanın səsi, Mediaforum, Qafqazinfo, APA və digər mənbələrin də mənimlə bağlı xəbərlər yaydıqları düşdü. Son səfərimdə Vaşinqtonda Sevinc Osmanqızının hansı təzyiqlər altında mənimlə bağlı ANS-də xəbərlərin efirə verilməsindən danışması, "Facebook"da bəzi statusların bir çox qəzetin tirajından daha çox oxunması düşdü. Doğurdanmı, "Yeni Müsavat" qəzetinə çıxışımız olmasa və ya müsahibələrdən imtina etsək, bizi cəmiyyət tanımayacaq? Bu yanaşma ilə çoxmu uzağa getmək olacaq?"

Qeyd edək ki, Bəxtiyara Hacıyevə bu sözləri deyən İsa Qəmbərin gənclərlə iş üzrə müşaviri Səxavət Soltanlı olub. Hər iki şəxs dünən sosial şəbəkələrdə bir-birilərini kəskin tənqid atəşinə tutublar.

Anar
AzNews.az