21:07
(077) 610-22-33

Deputat Aslan İsmayılovun müdafiəsinə qalxdı

  • >
442 24 May 2013 10:35 | Siyasət

Bu gün Milli Məclisin Plenar iclası öz işinə başlayıb. Günədliyə 9 məsələ daxil edilib. AzNews.az-ın məlumatına görə, iclasda çıxış edən deputat Qüdrət Həsənquliyev 28 may respublika günü ilə əlaqədar Azərbaycan xalqını təbrik edib. Daha sonra o bir neçə gün öncə edilən xarici səfərlərdən danışıb:

"Şeyxin rəhbərliyi ilə parlamentin deputatları İrana, həmçinin mənim də iştirakımla nazir Natiq Əliyev Sloveniyaya səfərlər edilib. Bu səfərlədə deputatların əməyini yüksək qiymətləndirmək lazımdır".

Deputat həmçinin təklif də verib: "Sabiq millət vəkillərinin də təqaüd almasına şərait yaradılmalıdır. Başqa sahənin insanları bunu təqaüddən yararlanır, amma bu insanlar imtiyazdan kənarda qalırlar. Bu məsələni də gündəmə gətirib həll etmək lazımdır".

Sonra çıxış edən İqbal Ağazadə Təhsil Nazirliyini sərt tənqid edib. O deyib ki, Təhsil Nazirliyi yeni prioritet universitetlər elan edib: "Burada Amerika universitetlərinin 3, Rusiya, Belarusiya universitetləri 50-ə yaxın universitetləri önə çıxarılır. Sovet imperiyası bərpa olunur. Biz harada təhsil varsa, tələbələri ora yönləndirilməyik".

Millət vəkili parlamentdə Aslan İsmayılovun müdafiəsinə qalxıb: "Vəkillər Kollegiyası ləğv edilməlidir. Hansı vəkil iqtidarı tənqid edirsə kollegiyadan uzaqlaşdırılır. Bu yanaşma çox yanlışdır. İndi də Aslan İsmayılova təzyiqlər edirlər"

İlkin
AzNews.az

Bağla X