04:58
(077) 610-22-33

Razi Nurullayev İraq səfiri ilə görüşdü

  • >
215 24 May 2013 18:10 | Siyasət

"Region" Beynəlxalq Analitik Mərkəzi (RBAM) İdarə Heyətinin rəhbəri Razi Nurullayev İraqın Azərbaycandakı səfiri Heydar Şiya Ghubeşi Albarrak ilə görüşüb.

Mərkəzdən APA-ya verilən məlumata görə, görüşdə vətəndaş cəmiyyəti, xüsusən beyin mərkəzləri ilə əməkdaşlıq məsələləri müzakirə edilib.
Razi Nurullayev səfirə RBAM haqqında məlumat verib və İraqda fəaliyyət göstərən beyin mərkəzləri ilə əməkdaşlıq məsələləri imkanlarını müzakirə edib. Görüşdə vurğulanıb ki, Azərbaycan dərin tarixi kökə malikdir və bu kökün kifayət qədər böyük bir hissəsi Asiya qitəsi ilə bağlı olub.

Qərara alınıb ki, görüşlər davam etsin və digər Asiya ölkələrinin səfirlikləri ilə də məsləhətləşmələr aparılsın. Qeyd edilib ki, Asiya ölkələri ekspertlərinin, vətəndaş cəmiyyəti institutlarının və beyin mərkəzlərinin iştirakı ilə böyük bir forum keçirmək məqsədəuyğun olardı.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə mövzusu olub.

AzNews.az
Bağla X