Milli Şuranın elan olunması prosesinin ləngiməsinə səbəb müzakirə aparan tərəflərin qurumun xarici siyasət oriyentasiyası ilə bağlı ortaq məxrəcə gələ bilməməsidir Milli Şuranın elan olunması prosesinin ləngiməsinə səbəb müzakirə aparan tərəflərin qurumun xarici siyasət oriyentasiyası ilə bağlı ortaq məxrəcə gələ bilməməsidir

Milli Şuranın yaradılması niyə təxirə salındı ?

Milli Şuranın elan olunması prosesinin ləngiməsinə səbəb müzakirə aparan tərəflərin qurumun xarici siyasət oriyentasiyası ilə bağlı ortaq məxrəcə gələ bilməməsidir




Bu barədə APA-ya müzakirələrdə iştirak edən mənbə bildirib.

Milli Şuranın bu gün elan olunması gözlənilsə də, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər Novxanıda Məmməd Əmin Rəsulzadənin abidəsi önündə keçirilən mərasimdə çıxışı zamanı qurumun elan olunmasının növbəti dəfə təxirə salındığını deyib. O, dünən axşam Milli Şura ilə bağlı növbəti müzakirələr aparıldığını, dəqiqləşdirilməli bəzi məqamlar qaldığına görə, qurumun başqa vaxt elan olunacağını deyib.

Müzakirələrdə iştirak edən mənbə APA-ya bildirib ki, dünən keçirilən müzakirələrdə Müsavat Partiyasının başqanı İsa Qəmbər Milli Şuranın nizamnaməsinə "Milli Şura Avropaya inteqrasiyanın dəstəkləyən siyasi xətt yürüdür" müddəasının daxil edilməsini istəyiblər. Lakin "El" Hərəkatının rəhbəri Eldar Namazov və müzakirələrə telefonla qatılan Rüstəm İbrahimbəyov buna qarşı çıxıblar. Mənbə bu məsələnin mübahisələrə səbəb olduğunu və buna görə də qurumun elan edilməsinin təxirə salındığını bildirib.

"El" Hərəkatının rəhbəri Eldar Namazov APA-ya bu məsələ ilə bağlı danışmaq istəmədiyini deyib.

AzNews.az