21:21
(077) 610-22-33

Ermənistandan Qarabağa ikinci yol açılır

  • >
286 30 May 2013 13:53 | Siyasət

Ermənistan rəhbərliyi Dağlıq Qarabağ ərazisinə gediş-gəlişi asanlaşdırmaq üçün yeni planı müzakirə edib




Bu gün İrəvanda toplaşan "Hayastan" Fondunun üzvləri yeni layihələri müzakirə ediblər. Prezident Serj Sərkisyanın başçılığı altında keçirilən tədbirdə çıxış edən fondun icraçı direktoru Ara Vardanyan bildirib ki, Ermənistanı Qarabağla birləşdirəcək yeni Vardenis-Ağdərə yolu bu il çəkilməyə başlayacaq.

"Yolun torpaq hissəsi artıq tamamlanıb. Qalır yalnız asfaltlaşdırma və yol ətrafı abadlıq işləri. Yolun uzunluğu 114 kilometr, dəyəri isə 30 milyon dollardır".

Vardanyan onu da əlavə edib ki, yeni yol vasitəsilə İrəvandan Xankəndinə 3 saata çatmaq mümkün olacaq.

Xatırladaq ki, "Hayastan" Fondu 1992-ci ildə yaradılıb. Fond hər il Amerikanın Los-Anceles şəhərində xeyriyyə marafonu təşkil edir. Əldə edilən vəsaitlər isə Ermənistan və işğal olunmuş Qarabağdakı infrastruktur layihələrinə sərf edilir. 1992-ci ildə bu yana fond 250 milyon dollar vəsaiti bu məqsədlə istifadə edib. (modern.az)

AzNews.az
Bağla X