19:35
(077) 610-22-33

Liberallardan qalmaqallı Milli Şura açıqlaması

  • >
221 31 May 2013 08:51 | Siyasət

“Kimsə Lalə Şövkətin rəhbərlik etdiyi partiyanın Milli Şuradakı təmsilçilərinin sayı ilə razı deyilsə…”



Milli Şuranın təşəbbüskarları Lalə Şövkətin lideri olduğu ALP-yə digər partiyalardan daha çox yer vermək fikrindədir. Bu isə partiyalarda kəskin narazılıq yaradıb. Xəbərə görə, narazılıq hətta o həddədir ki, digər partiyalar Milli Şuraya qoşulmaqdan imtina edə bilər.

ALP sədri Əvəz Temirxan bununla bağlı AzNews.az-a verdiyi açıqlamada səslənən fikirlərə münasibət bildirib:

"Birincisi, Milli Şurada kvota bərabərdir. Liberal partiya könüllü olaraq orada daha az təmsilçiliklə təmsil olundu. Milli Şuranın yaranmasının baş tutması üçün bu işə ALP, ACP və KXCP güzəştli yanaşdılar. Bizim mövqeyimiz bu idi ki, Milli Şura məhz 28 mayda yaransın. Çox güzəştlərə getdik. Yox, əgər kimsə yenə də Lalə Şövkətin rəhbərlik etdiyi partiyanın Milli Şuradakı təmsilçilərinin sayı ilə razı deyilsə, həmin adamlar Lalə xanımın yığdığı reytinqə nail olsunlar və sonra buna etiraz etsinlər".

Bahar Rüstəmli
AzNews.az

Bağla X