“Özünüzü jurnalistlərə göstərirsiniz, ayıb olsun”

Milli Məclisdə çıxışı zamanı BAXCP sədri Qüdrət Həsənquliyev narazılığını ifadə edib:

"Dünyada elə bir ölkə yoxdur ki, büdcəni müzakirəsiz qəbul etsin. Burada müzakirələr deyil, səsvermə gedir. Cari məsələlərə yer verilmir ki, deputatlar onları narahat edən məsələləri qaldırsınlar. Əhəmiyyətli məsələlərin müzakirəsindən yayınaraq ikinci-üçüncü dərəcəli məsələləri müzakirə edirsiniz. Təklif edirəm ki, elə məsələləri dərhal səsverməyə qoyaq. Bu lap SSRİ Ali Sovetinin sessiyasına bənzəyir".

Vitse spiker Ziyafət Əsgərov isə deputata ciddi etiraz edib: "Mən təəssüf edirəm ki, siz ucuz piar kampaniyasına başlamısınız. Hələ parlament seçkiləri 2015-ci ildə olacaq. Bu nə sözdür deyirsiniz? Sizin SSRİ Ali Soveti ilə bağlı müqayisəniz mənasız müqayisə idi. Məsələ müzakirə edilərkən cənab sədr dedi ki, kimin sözü varsa çıxışa yazılsın. Sizdə çıxışa yazılmadınız. Özünüzü jurnalistlərə göstərirsiniz. Ayıb olsun". (teleqraf.com)

AzNews.az