22:46
(077) 610-22-33

3 partiyanın Milli Şurada təmsilçilik sayı dəqiqləşdi – Siyahı

  • >
3 695 3 İyun 2013 15:31 | Siyasət

LALƏ ŞÖVKƏT İSTƏDİYİNƏ NAİL OLDU – 10 YER


Milli Şurada AXCP, Müsavat və Liberal Partiyanın neçə nəfərlə təmsil olunacağı dəqiqləşib.

Bu barədə AzNews.az-a ALP sədri Əvəz Temirxan məlumat verib. O bildirib ki, artıq onlarla Milli Şura təşəbbüsçüləri arasında danışıqlar yekunlaşıb və partiyanın bu qurumda neçə nəfərlə təmsil olunacağı dəqiqləşib.

Partiya sədrinin sözlərinə görə, Milli Şurada ən yüksək təmsilçilik sayı AXCP və Müsavatda olacaq. Hər iki partiya qurumda 12 nəfərlə təmsil olunacaq.

ALP isə bu partiyalardan bir qədər az sayda təmsilçi ilə Milli Şurada ikinci mövqedə qərarlaşacaq. Ə.Temirxanın sözlərinə görə, ALP Milli Şurada 10 nəfərlə təmsil olunacaq.

Partiya sədri bildirib ki, Milli Şurada olan digər partiya və təşkilatlara nə qədər təmsilçilik yeri verilməsi ilə bağlı məlumatı yoxdur: "Mən ancaq təşəbbüsçü partiyalarla öz partiyamızın təmsilçilik sayını bilirəm".

"ALP-yə bu qədər çox yer ayrılması Milli Şurada digər partiya və təşkilatların – VHP, KXCP, ACP və "El"in rəhbərlərində hər hansı narazılıq doğurdumu" sualına cavab olaraq isə Ə.Temirxan deyib ki, bu barədə MŞ-də xüsusi bir narahatlıq yoxdur: "Mən digər partiyalarda bu məsələ ilə bağlı narahatlıq olduğu barədə məlumatlı deyiləm".

Anar
AzNews.az

Top xəbərlər
Bağla X