10:33
(077) 610-22-33

Milli Şuradakı “göndərilmiş” adamlar kimlərdir?

  • >
195 5 İyun 2013 09:15 | Siyasət



"Milli Şurada 100-dən artıq adam təmsil olunubsa kiminsə narazılığı ola bilər. Ona görə, təmsil olunacaq 100-dən artıq adamdan kiminsə beynində başqa ideya olmasını istisna etmirəm, hətta Milli Şuraya "gündərilmiş" adamların olması mümkündür".

AzNews.az-ın məlumatına görə, bu sözləri "Bizim Yol" qəzetinə müsahibəsində tanınmış politoloq Zəfər Quliyev deyib.

O bildirib ki, nə qədər filtrasiya getsə də, biz Azərbaycanda yaşadığımızı unutmamalıyıq. Z.Quliyev Müsavat Mərkəzi Aparatının rəhbəri Arif Hacılının Milli Şura ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib. O deyib ki, Arif Hacılının narahatlığını başa düşür: "Onda narahatlıq yaranır ki, Milli Şuranın elan olunması, siyahının açıqlanması niyə uzanır?! Amma siyahının açıqlanmamağı texniki səbəblərdəndir. Hesab edirəm ki, Arif bəyin başqanı, partiyası o cümlədən, digər partiyalar, ziyalılar Milli Şurada sona qədər iştirak etsələr, ən yaxşı təminat elə bunun özü olar. Yəni bütün təhlükələrin qarşısını bu qüvvələr almalı və istiqaməti də onlar verməlidir".

Politoloqun sözlərinə görə, Milli Şuranın təsisçiləri, qurumda təmsil olunanlar qarşılarına demokratik yolla hakimiyyətə gəlməyi məqsəd qoyublar: "Milli Şurada təmsil olunan partiyalar, o cümlədən, Müsavat, AXCP və başqaları da qarşılarına qoyduqları məqsəd dinc mübarizə üsuludur".

Anar
AzNews.az
Bağla X