Rauf Arifoğlu:“Milli Şuranın 129 üzvü varmış“

Uzun müddətdir mətbuatın gündəmindən düşməyən Milli Şuranın bəyannaməsi və siyahısı bu gün ictimaiyyətə elan olunacaq.


Siyahı rəsmən elan olunmasa da artıq Milli Şura üzvlərinin sayı bəllidir.

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu facebook profilində Milli Şura üzvlərinin sayının 129 nəfərə olduğunu açıqlayıb.

"Milli Şuranın 129 üzvü varmış!!! Və siyahıdakı 104-cü Birinci olacaq. Sədr yəni..."-deyə R.Arifoğlunun statusunda qeyd olunub.

Qeyd edək ki, Milli Şuranın ilk iclasının bu gün elan olunması gözlənilsə də artıq bir neçə məşhur müxalifət nümayəndələri şuradan imtina ediblər. "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azərbaycan Xalqa Partiyasının sədri Pənah Hüseyn, DEVAMM-ın (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) sədri Hacı İlqar İbrahimoğlunun son anda Milli Şuradan imtina etdiyi bildirilir.//modern//

AzNews.az