08:26
(077) 610-22-33

Zərdüşt Əlizadə Rüstəm İbrahimbəyovun namizədliyindən danışdı

  • >
434 10 İyun 2013 13:18 | Siyasət

“İbrahimbəyovun ikili vətəndaşlaığını sübut eləmək üçün…”



"Rüstəm İbrahimbəyovun ikili vətəndaşlaığının olduğunu sübut eləmək üçün ya gərək onun ikinci bir pasportunu çıxarıb ortaya qoysunlar, ya da misalçün, Rusiya Daxili İşlər Nazirliyindən bununla bağlı arayış alsınlar".

Bu sözləri AzNews.az-a açıqlamasında tanınmış politoloq Zərdüşt Əlizadə bildirib. O, Milli Şuranın sədri R.İbrahimbəyovun ikili vətəndaşlığa sahib olduğu üçün prezident seçkilərində namizəd ola bilməyəcəyi ilə bağlı iddialara münasibət bildirərkən belə deyib.

Politoloqun sözlərinə görə, hakimiyyət hər hansı bir informasiyanı əvvəlcə media vasitəsilə ilə yayır, daha sonra isə bunu sübut etməyə ehtiyac duymadan həqiqətmiş kimi istifadə edir:

"Hakimiyyətdə təmsil olunan qüvvələr öz iqtidarlarını əldən vermək istəməyəcəklər. Buna görə də istənilən variantla öz rəqiblərinə mane olmağa çalışacaqlar. Hətta bəzən bəhanəyə ehtiyac da qalmayacaq".

Konstitusiyaya görə, prezident seçkilərində namizəd olmaq istəyən şəxs son 10 ildə mütəmadi olaraq Azərbaycanda yaşamalıdır. R.İbrahimbəyovun ali qanunun bu maddəsinə də uymadığı fikirlərini isə Z.Əlizadə əsassız hesab edir:

"Mən son 10 ildə dəfələrlə Rüstəm müəllimin tamaşalarında iştirak etmişəm. O, tez-tez xarici səfərlərdə olur deyə, belə bir iddia irəli sürmək mənasızdır. R.İbrahimbəyov mütəmadi olaraq Azərbaycanda yaşayan adamdır".

Milli Şura daxilindəki müxalif qüvvələrin seçkilərə ehtiyat namizədsiz, yalnız bir şəxslə getməsi barədə isə Z.Əlizadə bildirib ki, hər kəsin namizəd olmaq hüququ var və o, bu barədə kiməsə nəsə məsləhət vermək fikrindən uzaqdır.

Anar
AzNews.az

Bağla X