İbrahimbəyov Eldar Namazova vəzifə verdi

"El" Hərəkatının sədri Eldar Namazov Milli Şuranın İcra Aparatına rəhbər təyin edilib. Bu barədə AzNews.az-a MŞ-in və "El"in üzvü Köçəri Nağıbəyli məlumat verib.

O bildirib ki, bununla bağlı artıq Milli Şuranın sədri Rüstəm İbrahimbəyov sərəncam imzayalayıb.

Qeyd edək ki, Milli Şuranın ilk iclası iyunun 7-də keçirilib. İclada MŞ təssis edilib, həmçinin, R.İbrahimbəyov quruma sədr seçilib.

Milli Şuranın 129 üzvü var.

Bahar Rüstəmli
AzNews.az