Səfər Əbiyev səfirlə görüşdü

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Əfqanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohammad Şaker Karğarı qəbul edib.

Görüşdə Əfqanıstan-Azərbaycan əməkdaşlığının əsasları və hər iki bölgədə hərbi-siyasi vəziyyət müzakirə edilib.

AzNews.az