Tehran Azərbaycanı millətçilərə qarşı sərt tədbirlər görməyə çağırdı Tehran Azərbaycanı millətçilərə qarşı sərt tədbirlər görməyə çağırdı

İran rəsmi Bakını diplomatik dillə hədələdi: “Öhdəliyə əməl edin“

Tehran Azərbaycanı millətçilərə qarşı sərt tədbirlər görməyə çağırdı


"Rəsmi Bakı millətçilərin hərəkətlərinə qarşı mübarizə ilə bağlı Tehran qarşısında üzərinə götürdüyü vədlərə əməl etməlidir". Bu bəyanatı İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Abbas İraqçı bildirib.

XİN rəsmisi deyib ki, Azərbaycan rəsmiləri iki ölkə arasındakı əlaqələrin inkişafını əngəlləyən bu hərəkətlərin qarşısını almaq üçün var gücü ilə səy göstərməlidir:

"Azərbaycanda millətçilərin hərəkətləri barədə Azərbaycan rəsmilərindən eşitdiklərimiz bu olub ki, onlar bu cür rəftarları rədd edirlər. Rəsmilər deyir ki, onlar bu hərəkətləri qəbul etmirlər. Bu, iki dost və qardaş ölkənin əlaqələrinə zərbə vurur. İran İslam Respublikası da onların sözlərinə inanmaq istəyir. Əgər bu cürdürsə, Azərbaycan rəsmiləri iki ölkə arasındakı əlaqələrin inkişafını əngəlləyən bu hərəkətlərin qarşısını almaq üçün var gücləri ilə səy göstərməlidirlər. Biz də daim hansı ölkədən olursa-olsun, bütün millətçi hərəkətlər qarşısında var gücümüzlə mübarizə aparmağa hazırıq".

Abbas İraqçı İmam Xomeyni adına İmdad Komitəsinin Azərbaycandakı fəaliyyətinin dayandırılması ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib:

"Rəsmi Bakı bu qənaətdədir ki, ölkəsinin iqtisadi vəziyyəti son dərəcə yaxşıdır və Azərbaycan dövləti öz xalqının bütün ehtiyaclarını təmin edir. Buna görə də İmdad Komitəsinin xalq üçün xeyriyyə işlərinə ehtiyac yoxdur. İran da bu məsələni izləyir ki, məsələ nə ilə nəticələnəcək".

Elnarə
AzNews.az