Müsavat funksioneri Milli Şuranı siyasi səhv buraxmamağa çağırır Müsavat funksioneri Milli Şuranı siyasi səhv buraxmamağa çağırır

Arif Hacılı müxalifətə xəbərdarlıq etdi

Müsavat funksioneri Milli Şuranı siyasi səhv buraxmamağa çağırır



"Müxalifətin vahid namizədinin yaxın günlərdə müəyyən olunması ciddi siyasi səhv olardı".

AzNews.az-ın məlumatına görə, bu sözləri Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılı deyib.

O bildirib ki, belə addımın atılması hakimiyyətin manevr imkanlarını artıracaq.

A.Hacılının fikrincə, müxalifətin vahid namizədi seçki gününə təqribən 1 ay qalmış müəyyən edilərək cəmiyyətə təqdim olunmalıdır.
Partiya funksioneri iddia edib ki, əks halda hakimiyyət mövsümi müxalifətçilərin boykot arqumentlərini artıran qərarlar qəbul edəcək.

Anar
AzNews.az