20:33
(077) 610-22-33

Azərbaycan və Koreya hökumətləri arasında saziş imzalandı

  • >
301 18 İyun 2013 19:44 | Siyasət

Bu gün Azərbaycan Respublikası hökuməti və Koreya Respublikası hökuməti arasında saziş imzalanıb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın maliyyə naziri Samir Şərifov və Koreya Respublikasının Azərbaycandakı səfiri Çoy Sukin imzaladığı saziş Azərbaycanın iqtisadi inkişafına dəstək vermək və ölkələr arasında iqtisadi əməkdaşlığı təşviq etməyi, habelə gələcəkdə Koreya Respublikası hökumətinin razılaşdırılmış layihələrin həyata keçirilməsi üçün İqtisadi İnkişaf üzrə Əməkdaşlıq Fondundan Azərbaycan Respublikası hökumətinə kreditlər verilməsini nəzərdə tutur.

Eyni zamanda, razılaşma iki ölkə arasında bu sahədəki əməkdaşlığın ümumi çərçivəsini müəyyən edir.

İmzalanma mərasimində Azərbaycan ilə Koreya arasında ikitərəfli münasibətlərin bir çox sahələri əhatə etdiyi vurğulanıb, ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə geniş əməkdaşlıq əlaqələrinin önəmi qeyd olunub.

AzNews.az
Bağla X