Siyavuş Novruzov: “İbrahimbəyov olsa-olsa...“

Milli Şura bir dərnəkdir, yəni, onu təşkilat hesab etmək olmaz. Bu barədə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

Novruzov qeyd edib ki, hər təşkilatdan, partiyadan üç-dörd nəfər Milli Şurada toplaşıb guya hansısa milli dəyərlərə, millətin maraqlarının müdafiəsinə çalışır: "Bu adamların öz siyasi partiyalarında hörmətləri olmadığına görə, onlar başqa-başqa təşkilatlarda öz namizədliklərini irəli sürmək istəyirlər. Bu da təbii ki, mümkün olan məsələ deyil. Çünki orada vahid namizəd məsələsi olmayacaq. Həmin təşkilatda olan insanlar özlərinə o qədər iddialıdırlar ki, onlara heç bir etimad da yoxdur. Onlar bir ilin içində bir neçə ad dəyişib, ayrı-ayrı təşkilatlar yaradıblar, hərəsinin də ömrü iki ay sürüb və heç bir effekt verməyib".

Rüstəm İbrahimbəyovun vahid namizəd olacağı ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirən Novruzov qeyd edib ki, Rüstəm İbrahimbəyov heç bir saat da olsun siyasətlə məşğul olmayıb: "Bu insan olsa-olsa ancaq rejissor, ssenarist ola bilər. O, nə dövlət xadimi, nə idarəçi, nə siyasi partiya rəhbəri olmayıb və bundan sonra da olmayacaq".//trend//

AzNews.az