Britaniyalı diplomatlar Naxçıvanda

İyunun 19-da Britaniyanın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə 2-ci katibi Endrü Harvey və Britaniya Xarici işlər Nazirinin Azərbaycan və Ermənistan üzrə müvafiq əməkdaşı Maykl Fnn Naxçıvana bir günlük səfər ediblər. Səfər çərçivəsində qonaqlar Naxçıvan xarici işlər İdarəsində, Naxçıvan Dövlət Universitetində olublar. Həmçinin diplomatlar Naxçıvanda fəaliyyət göstərən siyasi partiyalardan Ümid, AXCP, Müsavat və BXCP-in yerli təşkilatlarının sədrləri və yerli hüquq müdafiəçiləri ilə görüşüblər.
Ümid Partiyasının Naxçıvan Təşkilatının sədri Faiq Əliyevin AzNews.az-a deyib ki, görüşdə Azərbaycanda, eləcədə Naxçıvanda ictimai-siyasi vəziyyət, seçkilər və Qarabağ münaqişəsi müzakirə olunub.
Diplomatlar sabah Naxçıvanı tərk edəcəklər.

Elman
AzNews.az