"Avropa Parlamenti kimdir ki, onun dediyi ilə oturub-duraq?!"

Oqtay Əsədov Avropa Parlamentinə etirazla bağlı vitse-spiker Valeh Ələsgərovun rəhbərliyi altında İşçi Qrupu yaradılmasını təklif edib.

O, İşçi Qrupunda millət vəkilləri Səməd Seyidov, Aqiyə Naxçıvanlı, Asim Mollazadə, Gülçöhrə Məmmədova, Əli Hüseynli, Novruz Aslanovun təmsil olunmasını təklif edib.

Avropa Parlamenti-Azərbacan Milli Məclisi Əməkdaşlıq Komitəsinin həmsədrdi vitse-spiker Valeh Ələsgərov deyib ki, vacib məqamlarda Əməkdaşlıq Komitəsinin iclası keçirilməyib: "İldə bir dəfə görüşürük. Ancaq Əməkdaşlıq Komitəsidirsə, il ərzində görüşməli, qanunvericilikdə bağlı məsələlər müzaikrə olunmalıdır. Böyük qardaş ideologiyasını, fikrini qəbul etmirəm. Avropa Parlamenti kimdir ki, onun dediyi ilə oturub-duraq?! Yunanıstanda əhalinin 28 faizi işsizdir, bu, insanların problemləri ilə məşğul olsunlar. 2007-2008-ci ildə Gürcüstanın NATOya, sonra da Avropa Birliyinə daxil olacağını bildirirdilər. Sonra nə oldu, Gürcüstanın arxasında durdularmı? Bu ölkə bizimdir, qərarlarımızı da özümüz qəbul etməliyik. Avroparlamentarilər Əməkdaşlıq Komitəsinin iclasına belə gəlmirlər".

Millət vəkili Asəf Hacıyev Milli Məclisin bəyanatının adının Avropa Parlamentinə cavab yox, Avropa Parlamentinin 32 deputatına cavab qoyulmasını təklif edib: "Eurovision Mahnı Müsabiqəsi keçirilən zaman Avropa Parlamenti Azərbyana qarşı qətnamə qəbul etmişdi. Düşündüm ki, indii Azərbaycanda hansı gözəl hadisə baş verib ki, Azərbaycana qarşı qətnamə qəbul ediblər?! Bu yaxınlarda sıralarında 600 min insanı birləşdirən Yeni Azərbaycan Partiyasının qurultayının keçirildiyini xatırladım".//qafqazinfo//

AzNews.az