19:12
(077) 610-22-33

Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmaya bilərmi? – Açıqlama

  • >
489 21 İyun 2013 15:24 | Siyasət

Hüquqşünas “hə”, Eldar Namazov isə “yox” deyir



Milli Şuranın vahid namizədi olmaq iddiası ən yüksək olan şəxs kimi görünən qurumun sədri Rüstəm İbrahimbəyovun namizədliyinin qeydiyyata alınmayacağı ilə səsləndirilən fikirlər MŞ-in özündə də ciddi narahatlığa səbəb olub.

Belə ki, bu gün qurumun ilk sessiyasında da tanınmış hüquqşünas Ənnağı Hacıbəyli bu məsələ ilə bağlı narahatlıqlarını dilə gətirib. O bildirib ki, Azərbaycan Konstitusiyasında prezidentliyə qadağa ilə bağlı bəzi məqamlar: Namizəd olan şəxsin ikili vətəndaşlığının olması, ölkədə daimi yaşaması və başqa ölkə qarşısında öhdəliyinin olmaması.

Hüquqşünasın fikrincə, R.İbrahimbəyov namizədliyini irəli sürər və sonda hakimiyyət bu kimi səbəblərə görə onun namizədliyini qeydiyyata almazsa, o zaman bütün Milli Şura seçkidən kənarda qalacaq və bu, müxalifətin fiaskosu olacaq.

Bəs, Milli Şuranın təşəbbüsçüləri R.İbrahimbəyovun namizədliyini irəli sürərkən, bu qadağaları nəzərə alırlarmı?

AzNews.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlama verən Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazov deyib ki, bütün bu məsələlər nəzərə alınır: "Əgər Rüstəm müəllim namizədliyini irəli sürməyə hazır olduğunu deyirsə, deməli, bu məsələlərlə bağlı özündə narahatlıq yoxdur. Hər halda Rüstəm müəllim fikirləşsə ki, konstitusiyadakı bu qadağalardan istifadə edib, onun namizədliyini qeydiyyata almaya bilərlər, o zaman prezidentliyə namizəd olmaqla bağlı məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu dilə gətirməz".

Anar
AzNews.az
Bağla X