Milli Şura liderlərinin ABŞ səfirinin vaxtı bəlli oldu

AzNews.az-ın informasiyası təsdiqləndi

Milli Şurada təmsil olunan müxalifət liderlərinin ABŞ səfərinin vaxtı açıqlanıb. Bu barədə Modern.az saytına məlumat verən Milli Şuranın üzvü, politoloq Zəfər Quliyev Amerika səfərinin iyulun 10-a planlaşdırıldığını bildirib.

Z.Quliyevin sözlərinə görə, müxalifət liderləri Birləşmiş Ştatlara səfər çərçivəsində Konqresdə görüşlər keçirəcəklər: "ABŞ səfərinin vaxtı təxminən iyulun 10-a planlaşdırılır. Səfərdə Milli Şura sədri Rüstəm İbrahimbəyov və Milli Şurada təmsil olunan partiya rəhbərləri iştirak edəcəklər. Səfər ABŞ tərəfinin dəvəti ilə baş tutacaq. Orada Konqresdə görüşlər keçiriləcək".

Qeyd edək ki, Milli Şuradakı partiyaların rəhbərlərinin ABŞ-a gedəcəyi ilə bağlı məlumatı iyunun 22-də AzNews.az yaymışdı.

Anar
AzNews.az