Eldar Namazov Azərbaycanı tərk etdi - EKSKLÜZİV




Milli Şuranın iclası təxirə salındı

"El" hərəkatının üzvü, Milli Şuranın İcra Aparatının sədri Eldar Namazov bu gün səhər Azərbaycanı tərk edib. O, Moskvaya yola düşdü".

Bunu AzNews.az-a Milli Şuranın üzvü Köçəri Nağıbəyli bildirib. Onun sözlərinə görə, E.Namazovun Azərbaycanı tərk etməsində məqsəd Rüstəm İbrahimbəyovla görüşməkdir: "Bəzi məsləhətləşmələrə ehtiyac var. Onlar müzakirə olunmalı və qəti qərar verilməlidir. Ona görə bu görüş mütləq keçirilməlidir".

K.Nağıbəyli onu da vurğulayıb ki, Milli Şuranın iyunun 28-nə təyin edilən sessiyası da təxirə salınıb: "İyunun 28-nə təyin edilən sessiyanın vaxtı dəyişdirilib. Ola bilsin ki, sessiya bir neçə gün təxirə salınsın".

Bahar Rüstəmli
AzNews.az