22:36
(077) 610-22-33

“Əsas işim Azərbaycandakı prezident seçkiləri ilə bağlıdır“

  • >
594 30 İyun 2013 09:40 | Siyasət

Azərbaycan müxalif qüvvələrin birləşdiyi Milli Şuranın sədri Rüstəm İbrahimbəyov Rusiyada yaşayan azərbaycanlıların diaspor təşkilatı olan "Azer-Ros"un iyunun 28-də Moskvada keçirilən iclasında iştirak etməyib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, R.İbrahimbəyov iclas keçirilən gün Moskvada olsa da, toplantıya qatılmayıb. Onun "Azer-Ros"un iclasına getməməsi Milli Şuraya sədrlik etməsi və müxalifətin prezident seçkisində vahid namizədi olmağa razılıq verməsi ilə bağlıdır. "Azər-Ros"un Ağsaqqallar Şurasının sədri, baş nazirin sabiq birinci müavini Abbas Abbasovla R.İbrahimbəyov arasında yeni razılaşma əldə olunub. Razılaşmaya əsasən R.İbrahimbəyov Azərbaycanda prezident seçkiləri yekunlaşanadək "Azər-Ros"un və "Milyarderlər İttifaqı" kimi tanının Rusiya Azərbaycan Təşkilatları İttifaqının iclaslarında iştirak etməyəcək. Bu addım isə Azərbaycanda hakimiyyətin təzyiqləri ilə üzləşən A.Abbasovu daha çox zərbə altında qoymamaq üçün atılıb.

R.İbrahimbəyov qafqazinfo-ya açıqlamasında "Azer-Ros"un iclasında iştirak etmədiyini təsdiqləyib: "Daha vacib işlərim və görüşlərim olduğuna görə iclasa gedə bilmədim. İndi mənin əsas işim Milli Şura və Azərbaycandakı prezident seçkiləri ilə bağlıdır. Diaspor fəaliyyətimə bir qədər fasilə vermək qərarına gəlmişəm"

R.İbrahimbəyov "Azər-Ros"un Ağsaqqallar Şurasının və "Milyarderlər İttifaqı"nın Koordinasiya Şurasının üzvüdür.

AzNews.az

Bağla X