Erməni əlilləri rəsmi sənədlərdə “Qarabağ Respublikasının vətəndaşları” kimi qeyd olunur Erməni əlilləri rəsmi sənədlərdə “Qarabağ Respublikasının vətəndaşları” kimi qeyd olunur

Ermənistanın vandal siyasətinə aid daha bir fakt

Erməni əlilləri rəsmi sənədlərdə “Qarabağ Respublikasının vətəndaşları” kimi qeyd olunur



Saytımıza Ermənistan dövlətinin vandal siyasətinə
aid növbəti bir fakt daxil olub. Qarabağ əlili İlham Məhərəmov, müxbirimizlə
söhbətində şahidi olduğu hadisədən danışıb: "Biz bir qrup Qarabağ əlili hər il
dövlət xətti ilə Krımın Sakı şəhərində N.N Burdenko adına sanatoriyada
müalicəyə gedirik. Ora Qarabağ
döyüşlərində əlil olmuş ermənilər də gəlir. Əvvəllər onlar sanatoriyada
Ermənistan vətəndaşı kimi qeydiyyata alınırdılar. Ötən il isə bir başa Qarabağ
Respublikasının vətəndaşları kimi qeydiyyata düşdülər".



Qeyd edək ki, Ermənistan işğal etdiyi Azərbaycan
ərazilərini-Dağlıq Qarabağ və ətraf rayonları hüquq cəhətdən özününküləşdirmək
xətti tutub. Münaqişənin həlli sülh danışıqları fonunda gecikdikcə, erməni və
ona dəstək verən ölkələr Dağlıq Qarabağın müstəqilliyi planı üzərində geniş
miqyaslı fəaliiyətə keçiblər. Azərabycan ərazisi olan Qarabağın artıq dövlət
atributları - pulu, gerbi, bayrağı var. Parlament və prezident seçkiləri də
vaxtı-vaxtında keçirilir. Düzdür hələ ki, heç bir ölkə bu fəaliyyətin
legitimliyini qəbul etmir, amma necə zəmanət vermək olar ki, yaxın gələcəkdə
vəziyyət işğalçıların xeyrinə dəyişməyəcək.

AzNews.az