Politoloq Suriyadakı proseslərin nəticəsindən danışdı Politoloq Suriyadakı proseslərin nəticəsindən danışdı

Vəfa Quluzadə: “Bəşər Əsədin taleyi çox xırda məsələdir”

Politoloq Suriyadakı proseslərin nəticəsindən danışdı

Ərəb ölkələrində 2010-cu ilin sonlarından baş verən proseslər nəticəsində bir sıra diktatorların hakimiyyət taxtından salınmasından sondakı taleləri hər kəsə məlumdur. Belə ki, 42 illik Liviya diktatoru Müəmmar Qəddafi Liviyada- doğulduğu şəhərdə öldürüldü. Misirin sabiq prezidenti Hüsnü Mübarək ömürlük həbs cəzasına məhkum edildi. Tunis diktatoru Zeynalabdin Bin Əli və Əli Abdullah Saleh isə ölkədən qaçdı. Maraqlıdır, bəs Suriya prezidentinin son aqibəti necə olacaq? Sadaladığımız sonluqlardan Əsədi hansı gözləyir? AzNews.az bu sualla Politoloq Vəfa Quluzadəyə müraciət edib. Politoloqun sözlərinə görə, Bəşər Əsədin taleyi çox xırda məsələdir: "Artıq Suriya xalqının və mövcud rejimin nə ilə nəticələnəcəyi bəllidir. Ölkə liderinin damdan atılması, asılması, yoxsa kəsilməsi heç bir kəs üçün əhəmiyyət kəsb etmir". Xatırladaq ki, Suriya paytaxtında iyulun 18-də törədilmiş güclü partlayışdan sonra prezident Bəşər Əsəd Dəməşqdən qaçıb. Suriya Milli Şurası isə Əsəd rejiminin yaxın günlərdə çökəcəyini deyib. Şuranın sədri Əbdülbasit Seyda "Reuters"ə verdiyi müsahibədə kamikadze hücumunun Bəşər Əsədlə mübarizədə son mərhələ olduğunu söyləyib.

Sevinc Fədai

AzNews.az