06:10
(077) 610-22-33

“Türkiyə öz milli maraqlarını prioritet kimi götürüb” - Əli Məsimli

  • >
774 2 Avqust 2012 11:17 | Siyasət

“Bu siyasət imkan verir ki, Türkiyə kimdənsə asılı vəziyyətə düşməsin”

Bunu "AzNews.az"a Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Əli Məsimli bildirib.İranın neft nazirinin Türkiyəyə rəsmi səfəri ilə bağlı danışan millət vəkili vurğulayıb ki, Türkiyə özünü neft və qazla təmin edəndə, ilk növbədə özünün milli təhlükəsizlik konsepsiyasından çıxış edərək, təchizatın şaxələndirilmiş vatiantından istifadə edir: "Bu da Türkiyənin enerjidaşıyıcıları ilə təchizatında bir mənbədən asılılığını yetərincə aradan qaldırır".

Bir mənbə üzrə problem yarananda digər mənbə hesabına həmin problemi həll edə bilir"-deyən deputatın sözlərinə görə, Türkiyə öz milli maraqlarını prioritet kimi götürüb, enerjidaşıyıcıları ilə təchizat məsələsində həm Rusiya, həm İran, həm, Azərbaycan, həm İraqla orta və uzunmüddətli layihələr üzrə əməkdaşlıq edir:"Bu siyasət də imkan verir ki, həm Türkiyə yetərincə qaz ala bilsin, həm kimdənsə asılı vəziyyətə düşməsin, həm də Avropa ilə müqayisədə qazı daha ucuz qiymətə ala bilsin".-deyə o əlavə edib.

Mirvari Nəcəf

AzNews.az


Bağla X