“AXCP dialoqun tərəfdarıdır ”-Razi Nurullayev

"İctimai Palatanın hakimiyyətə ünvanladığı təkliflər hələ də qüvvədədir". Bu sözləri AzNews.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi partiyasının sədr müavini Razi Nurullayev deyib. Onun sözlərinə görə, AXCP hər zaman dialoqun tərəfdarıdır: "Bizim partiya imitasiya xarakterli və birtərəfli dividendə hesablanmış görüşün iştirakçısı olmaq istəmir. Bu partiyaya hakimiyyətin mövqeyi bəllidir. "Siyasi Partiyalar Haqqında qanun" qəbul olunarkən bizim partiyanın kənarda qalması bunun bariz nümunəsidir". Nurullayev qeyd edib ki, İctimai Palatanın hakimiyyətə ünvanladığı təkliflər var və onlar hələ də qüvvədədir. "Ünvanlanan təkliflər AXCP-nin birmənalı mövqeyini əks etdirir. AXCP üçün maraqlı mövzular 2013-cü il seçkilərinin şəffaflığını təmin etmək üçün seçki məcəlləsinə edilməsi vacib olan olan dəyişikliklər toplusu, sərbəst toplaşmaq azadlığı və digər köklü siyasi islahatlara hesablanan məsələlərdir"- sədr müavini deyib.

İlkin

AzNews.az