Putin: “Vaşinqtonda fikirləşirlər ki, Suriya məsələsinin sülh yolu ilə həll variantı artıq tükənib” Con Alterman: “Annanın istefaya getməsi bir daha sübut etdi ki, Əsəd rejimini danışıqlar yolu ilə razılığa gətirmək mümkünsüzdür” Putin: “Vaşinqtonda fikirləşirlər ki, Suriya məsələsinin sülh yolu ilə həll variantı artıq tükənib” Con Alterman: “Annanın istefaya getməsi bir daha sübut etdi ki, Əsəd rejimini danışıqlar yolu ilə razılığa gətirmək mümkünsüzdür”

ABŞ və Rusiyanın Annan qalmaqalı

Putin: “Vaşinqtonda fikirləşirlər ki, Suriya məsələsinin sülh yolu ilə həll variantı artıq tükənib” Con Alterman: “Annanın istefaya getməsi bir daha sübut etdi ki, Əsəd rejimini danışıqlar yolu ilə razılığa gətirmək mümkünsüzdür”


ABŞ və Rusiya arasında Ananın istefası ilə bağlı qalmaqal BMT Təhlükəsizlik Şurasında səs vermədən öncə yaşanıb. AzNews.az-ın EvroNews.com saytına istinadən verdiyi məlumata görə, rəsmi Vaşinqton Annanın istefaya getməsinin məsuliyyətini Rusiya və Çinin üzərinə qoyub. Rusiayanın Xarici işlər nazirliyində isə hesab edirlər ki, Annan oyundan ona görə çıxarılıb ki, Suriyaya hərbi müdaxilə edə bilsinlər. Bu fikirləri Rusiya xarici işlər nazirinin xarici məsələlər üzrə müavini Qennadi Qtilov bildirib.

Rusiya prezidenti Valdimir Putin isə Annana ünvanlanmış tərifnamələr altından "qərbli rəqiblərinə" ittihamedici mesajlar göndərib. "O, çox ləyaqətli insan, parlaq diplomatdır. Ona görədə çox təəssüf edirəm. Ancaq mən fikirləşirəm ki, nəhəyət beynəlxalq içtimaiyyətin səyi zorakılığın dayandırılmasına yönəlməlidir"- deyə Rusiya prezidenti Annanı tərifləyərkən belə deyib. O, həmçinin əlavə edib ki, Annanın istefaya getməsi Əsəd rejiminə qarşı kütləvi hərbi kompaniyaya rəvac verməməli və əsas kimi götürülməməlidir: "Çünki Vaşinqtonda fikirləşirlər ki, Suriya məsələsinin sülh yolu ilə həll variantı artıq tükənib". Yaxın şərq üzrə strateji və beynəlxalq araşdırmalar mərkəzinin direktoru Con Alterman isə dolayısıyla Rusiyanı problemin sülh yolu ilə həllinə mane olmaqda ittiham edib: "Annanın istefaya getməsi bir daha sübut etdi ki, Əsəd rejimini danışıqlar yolu ilə razılığa gətirmək və münaqişədən yayınmaq mümkünsüzdür". Daha sərt və qərbyönümlü bəyanat isə Suriya milli şurasının xarici əlaqələr üzrə əlaqələndiricisi Monzer Maxusdan gəlib. O bildirib ki, indiki vəziyyətdə yeganə həll yolu BMT –nin Təhlükəsizlik Şurasından kənardadır. Bu isə o deməkdir ki, Suriyada aviasiya uçuşlarından azad, qorunan zona yaradılmalıdır.

Sadiq

AzNews.az