19:31
(077) 610-22-33

Vaqif Mahmudov istefasından danışdı

  • >
1 179 1 Noyabr 2013 14:26 | Siyasət

"Açıq Cəmiyyət Partiyasından istefa vermək niyyətim yoxdur".


Bunu AzNews.az-a açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) sədr müavini Vaqif Mahmudov deyib.

O, bildirib ki, siyasi fəaliyyətini dayandırmaq və partiyadan istefa vermək niyyəti yoxdur:

"Açıq Cəmiyyət Partiyasının sədr müavini kimi fəaliyətimi davam etdirmək niyyətindəyəm. Sadəcə olaraq, şəxsi işlərimlə əlaqədar hazırda Naxçıvandayam".

V.Mahmudov mətbuatda barəsində yazılan informasiyalara da öz münasibətini açıqlayıb: "Artıq bir müddətdir ki, mediada partiyadan istefa verməyim, müxalifətdə olan şəxslərlə birlikdə yeni qurum yaratamağım haqqında xəbərlər yer alıb. Bu proseslərdə iştirakım yoxdur. Mənimlə bağlı yazılan xəbərləri işıqlandırmamışdan əvvəl əlaqə saxlayıb informasiyanın dəqiqliyini öyrənmək olardı".

V.Mahmudov partiyada baş verən kadr dəyişikliyi barədə isə danışmaq istəmyib.

Bahar
AzNews.az
Bağla X