Millət vəkili erməniləri məntiqsizlikdə suçlayır Millət vəkili erməniləri məntiqsizlikdə suçlayır

Fazil Mustafa: “Ağıllı insan heç vaxt Qarabağa köçməz”

Millət vəkili erməniləri məntiqsizlikdə suçlayır

"Ermənilərin bu cür provokativ addımlar atması heç bir məntiqə sığmır". Bu sözləri AzNews.az-a Suriyada yaşayan ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi məsələsinə münasibət bildirən millət vəkili Fazil Mustafa deyib. Onun sözlərinə görə, ermənilər bu siyasətin bədəlini ağır ödəyəcək: "Ermənistanın açıq formada Azərbaycan xalqına qarşı bu cür hərəkətlərinin sonu yoxdur. Bugün himayə altında müxtəlif addımlar atıla bilər.

Amma ümumiyyətlə, ağıllı insan daimi yaşamaq üçün heç vaxt Qarabağa köçməz, çünki müharibə yolu ilə də olsa, bu torpaqlar Azərbaycana qaytarılacaq. Bunu ermənilərin özləri də yaxşı bilir. Ermənilərin bu cür provokativ addımlar atması heç bir məntiqə sığmır". Bunun qarşısını alacaqlarını deyən millət vəkili bildirib ki, diplomatik kanallar vasitəsilə öz mövqeyimizi ortaya qoyacağıq: "Bütün hallarda, nə qədər ki, Qarabağ üzərində suverenliyimiz bərpa olunmayıb, belə addımlar gözləniləndir". Xatırladaq ki, Daşnaksütyun Partiyasının işğal olunmuş Azərbaycan ərazisi olan Dağlıq Qarabağdakı ofisində Suriya ermənilərinin problemləri ilə bağlı xüsusi komitə yaradılıb. Suriya ermənilərinin Dağlıq Qarabağa köçürülməsi məsələsi müzakirə olunub. Ermənilərin işğal etdikləri Qubadlı, Zəngilan və Laçın rayonunun bir hissəsində yaratdıqları "Kaşataq" adlı qondarma rayonun rəhbəri Suren Xaçatryan Suriya ermənilərindən bu əraziyə köçmək üçün müraciət aldığını deyib. O, artıq 1 ailəni yerləşdirmək üçün razılığa gəldiklərini və daha 5 ailəni qəbul etməyə hazır olduqlarını bildirib. S.Xaçatryan son hadisələrdən əvvəl Suriyadan 7 ailənin gəldiyini və 5 ailənin burada qaldığını söyləyib.

İlkin

AzNews.az