15:58
(077) 610-22-33

Hikmət Hacızadə: “Hər iki ölkə gərginliyi azaltmaq istəyir”

  • >
511 6 Avqust 2012 08:40 | Siyasət

“Vizanın yenidən bərpası gərginlik yaradacaq”


Avqustun 2-də Bakı Apelyasiya Məhkəməsi İranın "Səhər" televiziyasının müxbiri Anar Bayramlı barəsində Binəqədi rayon məhkəməsinin qərarını dəyişib. Bununla da jurnalistin cəzası 2 ildən 1 ilə endirilib. Bu barədə müttəhimin vəkili Anar Qasımlı məlumat verib.

Politoloq Hikmət Hacızadə AzNews.az-a açıqlamasında hökumətin bu addımını gərginliyin aradan qaldırılması baxımından müsbət dəyərləndirib: "Bu əlbəttə ki, diplomatik gedişlərin təzahürüdür. Hər iki ölkə gərginliyi azaltmaq istəyir. Mən deyərdim ki, bu olduqca müsbət haldır".

Siyasi ekspert Elxan Şahinoğlu isə AzNews.az-a bildirib ki, belə yumşaldıcı jestlər müşahidə olunsa da, əhəmiyyətli dəyişiklik gözlənilən deyil: "Azərbaycanın dövlət başçısı İlham Əliyev İranda keçiriləcək "Bloklara Qoşulmama" sammitinə dəvət olunub. Əgər 1-2 gün ərzində İranda həbs olunan şairlər azadlığa buraxılmazsa, o zaman İlham Əliyevin bu ölkəyə səfəri də sual altına düşəcək. Bununla da İran gərginliyi növbəti aylara keçiriş olur. Bu da rəsmi Tehranın belə bir vəziyyəti nə qədər davam etdirilməsində nə dərəcədə maraqlı olduğu barədə suala birmənalı münasibət bildirməyi mümkünsüz edir. Digər bir tərəfdən də İran Azərbaycana qarşı yenidın viza rejimini tətbiq edir. Bu addım sözügedən tədbirlə əlaqələndirilsə də, viza prosesinin gələcək aylarda davam etdirilə biləcəyi istisna deyil. Vizanın yenidən bərpası isə sərhəddə müəyyən gərginlik yaradacaq".

Əslində gərginliyin yumşaldılmasına cəhdlər olunduğuna əmin olmayan E.Şahinoğlunun sözlərinə görə, İranda həbs olunan gənclər azad olunduqdan sonra hansısa fikir səsləndirmək mümkündür: "İran Azərbaycanın göstərdiyi yumşaldıcı mövqeyə adekvat reaksiya verməzsə, rəsmi Bakı da əvvəlki mövqeyinə qayıdacaq".

Qeyd edək ki, "Səhər" telekanalının müxbiri Anar Bayramlı 2012-ci il fevralın 17-də Binəqədi rayon 4-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və iyunun 9-da Binəqədi rayon məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib.


Gültən

AzNews.az


Bağla X