13:15
(077) 610-22-33

YAP Cəmil Həsənlini məhkəməyə verməyə hazırlaşır - Açıqlama

  • >
431 2 Noyabr 2013 12:35 | Siyasət

"Prezident seçkiləri zamanı dövlət başçısının ünvanına səslənən təhqiramiz ifadələrə yaxın zamanlarda hüquqi qiymət veriləcək". Bunu AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

O xatırladıb ki, seçki prosesi zamanı prezident İlham Əliyevin ünvanına geniş auditoriyada müxalifətdə olan bəzi partiyaların, o cümlədən Demokratik Qüvvələrin Milli Şurasının namizədi Cəmil Həsənli tərəfindən təhqiramiz sözlər səslənib.

S. Novruzov qeyd edib ki, bu məsələyə hüquqi qiymətin verilməsi ilə bağlı proses gedir və zəruri bilindiyi vaxt ictimaiyyətə məlumat veriləcək.

Millət vəkili Milli Şuranın bundan sonrakı fəaliyyəti və İctimai Palatanın taleyi ilə bağlı da danışıb. Onun sözlərinə görə, həm İctimai Palata, həm də Milli Şura faktiki olaraq fəaliyyət göstərmir: "Seçki prosesi zamanı bu qurumların fəaliyyəti bu təşkilatların gələcəyinin necə olacağını aşkar etmişdi. Bundan sonra onlar haqda danışaraq vətəndaşlarımızın əhvalını pozmaq niyyətində deyiləm. Sadəcə onu deyim ki, hər iki qurum ölüb".

Ramil
AzNews.az

Bağla X