Müsavat Gənclər Təşkilatının sədrliyinə namizədlər

Müsavat Partiyasının Gənclər Təşkilatının sədrliyinə daha bir namizəd irəli sürülüb.

AzNews.az xəbər verir ki, bu şəxs partiyanın Gənclər Təşkilatının üzvü Əhliman Abbasovdur. O, bir neçə gün əvvəl qurumun sədrliyinə keçiriləcək seçkilərdə öz namizədliyini irəli sürüb.

Bundan əvvəl isə bu posta Rüfət Hacıbəyli namizədliyini irəli sürmüşdü.

Gənclər Təşkilatının konfransı isə noyabrın 17-də keçiriləcək.

Qeyd edək ki, avqustun 26-da Müsavat Partiyası Gənclər Təşkilatının sədrliyinə keçirilən seçkilərin nəticəsi partiyanın Divanı tərəfindən ləğv olunub. Səbəb isə seçkilərdə müəyyən texniki səhvlər baş verməsi, səsvermə siyahısında müəyyən qarışıqlıqların olması göstərilib.
Avqustun 26-da keçirilən seçkilərdə isə Cavid Hacıbəyli qalib gəlmişdi.

Bahar Rüstəmli
AzNews.az